Netanyahunun işi Ali Məhkəmədə: Vəzifəsindən azad edilsin!

09:05 05.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin baş naziri Binyamin Netanyahunun ölkədəki müharibə vəziyyətindən istifadə edərək öz korrupsiya iddiasını təxirə salması ilə bağlı Ali Məhkəməyə müraciət edildi.

Hafta.az-ın yazdığına görə, 28 yüksək səviyyəli iqtisadçı, texnologiya mütəxəssisi və alimin imzası ilə təqdim edilən petisiyada Netanyahunun şəxsi maraqları ilə dövlət maraqları arasında bölündüyü bildirilib. Müraciətdə Netanyahunun müharibə səbəbiylə korrupsiya iddiası ilə bağlı dinləmələrin təxirə salınmasını tələb etdiyi, səlahiyyətindən sui-istifadə etdiyini və bu səbəbdən baş nazir postundan uzaqlaşdırılmalı olduğu xatırladılıb.

Netanyahu Şərqi Qüds Rayon Məhkəməsində rüşvətxorluq, dələduzluq və etibardan sui-istifadə ittihamları ilə mühakimə olunur.