Nəzəri cəhətdən Şuşa və Hadrutu geri ala bilərik - XOCALI QATİLİNDƏN YENİ SAYIQLAMA

17:13 21.01.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın keçmiş müdafiə naziri, həmçinin uzun illər Qarabağda separartçıların adını "Ohanyan xətti" deyərək öyündükləri müdafiə xəttinə adını verdikləri Xocalı qatillərindən biri Seyran Ohanyan yenidən Şuşa və Hadrutu "geri qaytarmaq" xəyallarını qurur.

“Mexanizm ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində xarici əlaqələrdə və Artsax ətrafında gedən danışıqlardır” - Ohanyan deyib.

Hafta.az bildirir ki, o, bu gün heç kim demarkasiya və delimitasiya üçün hansı xəritələrdən istifadə olunacağını deyə bilməyəcəyini bildirib.

Azərbaycan qoşunlarının "işğal etdikləri" Ermənistan ərazisindən çıxarılmasının nəzəri cəhətdən mümkün olub-olmaması ilə bağlı suala Ohanyan cavab verib ki, nəzəri cəhətdən hər şey mümkündür. “Nəzəri cəhətdən Hadrut, Şuşa, eləcə də Martakert (Ağdərə red.), Martuni (Xocavənd red.) və Əsgəran ərazilərində də "Artsax xalqının hüquqlarını bərpa etmək" mümkündür. Bunun üçün isə danışıqlar aparmaq lazımdır. Nəzəri cəhətdən Şuşa və Hadrut geri qaytarıla bilər.Amma bütün bunlar təsir rıçaqlarını tələb edir və bu gün onlar siyasi çoxluğun əlindədir”, - deyə o vurğulayıb.

Oxunma sayı 560