Yazını böyüt
Yazını kiçilt
Niderland Krallığının ölkəmizdəki Səfirliyinə yeni səfir müavini təyin olunub.
Hafta.az-ın yazdığına görə, bundan sonra Yohannes Kirpeştayn təyin olduğu vəzifədə Niderland-Azərbaycan əlaqələrinin inkişafına öz töhfəsini verəcək.
“Azərbaycan və buradakı insanlar tərəfindən isti qarşılanma mənim üçün xüsusilə dəyərli oldu və ailəmlə birlikdə növbəti dörd ili bu ölkədə keçirməyi səbirsizliklə gözləyirik. Niderlandla Azərbaycan arasında siyasi, sülh və təhlükəsizlik sahələrində müsbət ikitərəfli gündəmi inkişaf etdirmək, bunun əsasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək istəyirəm. Əgər Azərbaycan və regionda fəaliyyət göstərirəmsə, ünsiyyət və birgə əməkdaşlıq imkanlarını yüksək qiymətləndirərəm”, - cənab Yohannes kirpeştayn deyib.