Nigeriyada neft emalı zavodunda baş verən partlayışda 100-ə yaxın insan həlak olub

20:51 23.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nigeriyada neft emalı zavodunda güclü partlayış olub.

Hafta.az “Reuters”ə istinadla xəbər verir ki, Nigeriyada neft emalı zavodunda baş verən partlayış nəticəsində 100-ə yaxın insan ölüb.

Nigeriyanın Dövlət Neft Ehtiyatları üzrə müvəkkili Qudlak Opiah partlayış barədə məlumat verərkən deyib: “Yanğın qeyri-qanuni fəaliyyət göstərən zavodda baş verib və 100-ə yaxın insan tanınmaz dərəcədə yanıb”.