Krım Tatar Milli Məclisinin (KTMM) sədri Refat Çubarov Norveçin Rusiyanın işğalı altında olan Krımda tatarlara etdiyi təzyiqlərlə bağlı ətraflı hesabat hazırlayacağını və Ukrayna parlamentinin 1194-cü il mayın 18-də Krım tatar sürgününü soyqırımı kimi tanımaq çağırışını dəyərləndirəcəyini bildirib.
Hafta.az-ın yazdığına görə, KTMM sədri Refat Çubarov açıqlamasında, Ukraynanın xarici işlər naziri Andriy Sıbihanın dəvəti ilə martın 26-da Norveçin xarici işlər naziri Espen Barth Eide və Norveçin əmək və sosial inteqrasiya naziri Tonje Brenna ilə keçirilən görüşdə iştirak etdiyini bildirib.
Çubarovun sözlərinə görə, görüşdə Krımdakı vəziyyət və tatar xalqının üzləşdiyi çətinliklər müzakirə olunub. Bu çərçivədə, o, Norveçin xarici işlər naziri Eydenin Ukraynaya səfəri zamanı əldə etdiyi məlumatları parlamentə təqdim olunacaq hesabata çevirəcəyini və xüsusilə Krım tatarlarına qarşı təzyiqlərin ətraflı müzakirə ediləcəyini vurğulayıb. O, həmçinin bildirib ki, Ukrayna parlamenti və KTMM-nin 18 may 1944-cü il tarixli Krım tatar sürgününü soyqırım kimi tanımaq çağırışı bu hesabatda dəyərləndiriləcək.
Xatırladaq ki, Çexiya Senatı ötən il dekabrın 18-də 18 may 1944-cü il tarixli Krım tatar sürgününü soyqırım kimi tanıyan qərarı qəbul edərək Krım tatar sürgününü soyqırım kimi tanıyan 7-ci ölkə olub.
İndiyədək Latviya, Litva, Kanada, Polşa, Estoniya parlamentləri Krım Tatarının soyqırımını tanıyıb.
Qeyd edək ki, Stalinin əmri ilə Sovet hökuməti 1944-cü il mayın 18-də bütün Krım tatarlarını yerlərindən deportasiya etdi. Sürgün zamanı Krım tatarlarının əksəriyyəti Qızıl Orduda alman faşist ordusuna qarşı döyüşürdü. Əsasən qadınlar, uşaqlar və qocalardan ibarət Krım tatarları heyvan vaqonlarına yığılaraq Türküstana, Urala və Sibirə sürgün edildi. Krımdan sürgün edilən 420 mindən çox tatarın 46 faizi sürgün yolunda və ya getdikləri yerlərdə aclıq, susuzluq, xəstəlik kimi müxtəlif səbəblərdən dünyasını dəyişib.
Sovet İttifaqının dağılması ilə Krım tatarları öz vətənlərinə qayıtmağa başlasalar da, maddi çətinliklər və hüquqi maneələr üzündən hələ də 150 min Krım tatarı Türküstanda qalıb.
2015-ci ildə Ukrayna Parlamenti Krım tatar sürgününü soyqırım kimi tanıyıb və 18 may tarixini “Krım tatar soyqırımı qurbanlarının anım günü” elan edib.