Norveç NATO-nun Ukrayna üçün fonduna 300 milyon Norveç kronu (30 milyon dollar) ayıracaq. Ölkə hökumətinin rəsmi saytı xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Byorn Arild Qram bildirib.
"Ukraynanın özünü müdafiə etməsi üçün lazım olan hər şeyi təmin etmək üçün hərbi və mülki dəstəyimizdə birləşməyimiz vacibdir" deyib nazir.
Onun sözlərinə görə, Norveçin töhfəsi onu NATO-nun Ukraynaya yardım proqramının ən böyük iştirakçısı edəcək.
Qeyd olunur ki, NATO fondu antikorrupsiya tədbirlərini dəstəkləmək, habelə Ukraynaya tibbi avadanlıq, pilotsuz təyyarələr və uniformaların tədarükü üçün yaradılıb.
Bundan əvvəl Norveç parlamenti Ukraynaya 3 milyard NOK (300 milyon dollar) məbləğində hərbi yardımın göstərilməsini təsdiqləyib ki, bu da həm hərbi texnikanın tədarükü, həm də Ukrayna hərbçilərinin təlimi daxildir.