Yazını böyüt
Yazını kiçilt
Noyabrda Ukraynanın itkiləri 8300-dən çox hərbçi təşkil edib, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin rəhbərliyi ilə keçirilən konfransda bildirib.
“Noyabrda düşmən itkiləri 8300-dən çox hərbi qulluqçu, 5 təyyarə, 10 helikopter, 149 tank və 300-dən çox zirehli döyüş maşını təşkil edib.
Şoyqu xatırladıb ki, rus qoşunları bu yaxınlarda Donbasda Mayorsk, Pavlovka, Opıtnoe, Andreevka, Beloqorovka Yujnaya və Kurdyumovkanı "azad edib".