Noyabrın 14-dən etibarən yağış, qar... - Xəbərdarlıq

14:04 12.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 14-ü günün ikinci yarısından 15-i səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında noyabrın 14-ü gündüzdən 16-dək bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir.

Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.