Sahibkar deyəndə qaydalara riayət edən və rəqabət şərtlərini düzgün şəkildə icra edən, ədalətsiz, haqsız rəqabətə girişməyən sahibkarlıq subyektləri nəzərdə tutulmalıdır.
Bu fikirləri hafta.az-a İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı Ruslan Atakişiyev bildirib
“Rahat biznes qurmaq üçün qaydalara əməl etmək lazımdır. Əgər sahibkarlıq subyektləri biznesə və sahibkarlığa yaraşmayan yollarla müəyyən addımlar atırlarsa, onlara qarşı mübarizə aparılmalıdır. Çünki, nümunəvi olan və qaydalara riayət edən sahibkarlar o mühitin tamamilə şəffaflığını anlamalıdırlar ki, bu onların xeyrinə işləyir, onların da əsas vəzifəsi işlərini gözəl bir şəkildə qurub, yalnız üzərlərinə düşən vergi və sosial ödəmələri həyata keçirmələridir. Yaxşı olar ki, nümunəvi sahibkarlıq subyektlərinin reytinqi müəyyənləşdirilsin və nümunəvi vergi ödəyicisi və nümunəvi sahibkarlar kimi cəmiyyətə elan olunsunlar. Bu, sahibkarların işinə böyük qiymət olacaq. İkinci məsələ, “kölgə iqtisadiyyatı”nda mövcud olan “işbazlar”a qarşı və onların “kölgə”dən çıxarılması istiqamətində iş aparılmalıdır”.