Obama Baydeni təbrik etdi - FOTO

22:58 07.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın keçmiş prezidenti Barak Obama Co Baydeni prezident seçkilərində qələbə çalması münasibətilə təbrik edib.

Hafta.az xəbər verir ki, B.Obama, eyni zamanda ölkənin yeni birinci xanımı Cil Baydeni də təbdik edib.

"Mən əminəm ki, o, ona səs verən və ya verməyən hər bir amerikalıya ürəkdən xidmət edəcək", - deyə B.Obama özünün feysbuk hesabında yazıb.

Obama Co Baydenə səs verən bütün amerkialılara təşəkkürünü də çatdırıb:

"Bizim demokratiyaya həmişəkindən daha çox ehtiyacımız var".

Qeyd edək ki, Co Bayden Barak Obamanın prezidentliyi dönəmində ölkənin vitse-prezidenti olub.