Odessaya raket zərbəsi endirilib, ölən və yaralananlar var

22:50 02.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya ordusu Odessaya raket zərbəsi endirib. Yanğın nəticəsində ölən və yaralananlar var.

Hafta.az xəbər verir ki, bu barədə Odessa Vilayət Administrasiyasının rəhbəri Maksim Marçenko “Telegram” kanalında bildirib.

“Odessadakı infrastruktur obyektlərindən birinə raket hücumu olub. Partlayış nəticəsində ölən və yaralananlar var, lakin onların sayı hələ dəqiqləşdirilməyib”, - deyə Marçenko əlavə edib.

Xatırladaq ki, Odessada mayın 2-də güclü partlayış olub. Sonradan məlum olub ki, şəhərin infrastruktur obyektləri və dini bina raket zərbələrinə məruz qalıb.