Odlu silahların təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir 

19:07 17.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, iyunun 15-də və 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 2 tüfəng, 1 patron darağı və 1930 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.