Oğuz rayonunda baş verən yanğın söndürülüb

19:17 03.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuz rayonu, Xaçmazqışlaq kəndi yaxınlığında 3 hektar sahədə kol-kos və ayrı-ayrı yerlərdə müxtəlif növ meyvə ağacları yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, yaxınlıqdakı fındıq bağları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.