Yazını böyüt
Yazını kiçilt
Oğuz rayonunun Calut kəndində vələs və fıstıq növündən olan 12 ağacın kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.
DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Zamir Həsənov saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.