Yazını böyüt
Yazını kiçilt
Moskva hökuməti paytaxtın idarə və təşkilatlarının əməkdaşlarının yarısını məsafədən iş rejiminə keçirməyi tövsiyə edib.
Hafta.az xəbər verir ki, bu barədə Moskva merinin müavini Vladimir Yefimov məlumat verib. Bundan əvvəl mer işçilərin 30 faizini məsafədən iş rejiminə keçirməyi təklif etmişdi. Oktyabrın 5-dən paytaxtda 2 milyona yaxın əməkdaş məsafədən işləməyə başlayacaq.
Eyni zamanda, Moskva məktəbləri də payız tətilinə çıxırlar. Tətilin müddəti hələlik oktyabrın 5-dən 18-dək müəyyən edilib.
Ötən gün Moskvada 2424 koronavirus xəstəsi aşkar olunub, 24 xəstə vəfat edib.