Ölən israilli girovların cəsədləri BQXK-yə təhvil verildi

08:06 15.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fələstində fəaliyyət göstərən HƏMAS hərəkatının nümayəndələri ölən israilli girovların cəsədlərini Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil veriblər.

Hafta.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Məlumata görə, cəsədlərin təhvil verilməsi Qəzza şəhərində baş tutub.

Onların sayı və şəxsiyyətləri barədə heç bir məlumat açıqlanmayıb.