Yazını böyüt
Yazını kiçilt
İlkin məlumatlara görə, 2022-ci ilin yanvar-avqust aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20 faiz artaraq 44 milyard 481,2 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən hafta.az-a bildirilib ki, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 4423 manatlıq gəlir düşüb. Əhalinin sərəncamında qalan gəlirləri 39 milyard 629,6 milyon manat təşkil edib.