Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı

10:14 25.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

Hafta.az koronavirus.info-ya istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.5 faiz, Xətaidə 12.6 faiz, Yasamalda 11.7 faiz, Sabunçuda 11.6 faiz, Nəsimidə 8.7 faiz, Nərimanovda 8.1 faiz, Suraxanıda 7.9 faiz, Nizamidə 7.2 faiz, Qaradağda 7.0 faiz, , Xəzərdə 5.7 faiz, Səbaildə 4.7 faiz, Pirallahıda  0.3 faiz təşkil edib.

Oxunma sayı 650