“Ölkədə qasil hasilatı ilin sonuna kimi artaraq 118 tona çatacaq” – Şavkat Mirziyoyev

08:05 16.09.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistan prezidenti Şavkat Mirziyoyev geoloji kəşfiyyat işlərində yeni yanaşmaların tətbiqi ilə əlaqədar qızıl və uran hasilatının əhəmiyyətli dərəcədə artdığını bəyan edib. Onun sözlərinə görə, 2016-cı ildə qızıl hasilatı 86 ton idisə, bu il onun həcmi 118 tona çatacağı gözlənilir.

Hafta.az-ın yazdığına görə, prezident Mirziyoyev bu barədə Daşkənd vilayətinin Bostanlıq rayonunda müəllimlərlə görüşü zamanı fikir bildirib.

“Geoloji kəşfiyyatda yeni yanaşmaların tətbiqi ilə əlaqədar illik qızıl hasilatının həcmi artıb. Eyni dövrdə uran hasilatında da iki dəfə artım qeydə alınıbb”, - dövlət başçısı deyib.

Bundan əvvəl o, həmçinin Qaraqalpaqıstanın Ustyurt rayonunda rekord sayılan 6,5 km dərinlikdə “çox böyük qaz yatağı”nın aşkar edildiyini açıqlamışdı.

Ümumdünya Qızıl Şurasının məlumatına görə, Özbəkistan 2024-cü ildə 129,1 ton qızıl hasil edib (2023-cü ildə 119,6 ton) və hasilat həcminə görə dünyada 10-cu yerdədir.

Xatırladaq ki, bu ilin ilk 7 ayında Özbəkistan qızıl ixracını 7,6 milyard dollara çatdırıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur. Qiymətli metal ölkənin ümumi ixracının demək olar ki, 38 faizini təşkil edib.

Dünyanın dördüncü ən böyük qızıl istehsalçısı olan Navoi MMC, 2024-cü ildə qızıl hasilatını 3,10 milyon troya unsiyaya (96,4 ton) çatdırdı. Bu, 2023-cü ildən (2,94 milyon unsiya / 91,4 ton) 5,4 faiz artaraq, yeni hasilat və emal müəssisələrinin işə salınmasına kömək edib. NGMK ilə yanaşı, Özbəkistanda da qızıl Almalyk MMC və digər kiçik şirkətlər tərəfindən hasil edilir.