Ölkəmizdə Kino Agentliyi yaradılacaq

23:24 29.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Kino Agentliyi yaradılacaq.

Hafta.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir qeyd edib ki, Kino Agentliyinin yaradılmasında əsas məqsəd kino sənayesində müasir tələblərə cavab verən şərait yaratmaq, bu sahəyə investisiyaları, xarici investorları cəlb etmək və bununla da Azərbaycan kinosunun inkişafına nail olmaqdır.