Ölkəsini tərk etmək istəyən ruslar danışır - ÖZÜMÜZƏ RUS DEMƏYƏ UTANIRIQ

11:50 10.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Lidiya özünü şanslılar sırasında sayır. O, ölkəni tərk edə bilir, lakin hələ də nə edəcəyinə qərar verməyib. Getsə, buradakı həyatını, evini, ailəsini geridə qoymuş olacaq: “Bir ay, yoxsa bir il getməyə hazırlaşmalıyam, bilmirəm”. Hafta.az xəbər verir ki, BBC müxbiri Caroline Davies ölkəsini tərk etmək istəyən ruslarla danışıb...

"Bu fincanlar mənə həmişə nənələrimi xatırladır" deyir Lidiya. Onun Moskvadakı evində çini fincanlardan çay içirik.

"Mənim ulu babam talanlardan qaçmaq üçün ölkəni tərk edib. Babam Stalinin təqiblərindən sağ çıxıb, lakin onun üç qardaşı və atası öldürülüb. O da ölkəni tərk edib. İndi deyəsən mən dəqaçmalıyam". o deyir.

Lidiya onun əsl adı deyil. Adının çəkilməsini istəmir.

O, Rusiyanı tərk edən Qərb şirkətlərinin illər boyu geri qayıtmayacağından narahatdır.
“Böyük şirkətlər bazardan qaçırlar, çünki onlar burada qalmaqla öz reputasiyalarına xələl gətirmək riskinə düşmək istəmirlər. Biz yalnız başlanğıcdayıq."

"Ətrafımdakı bir çox insan işlərini itirir" deyə o əlavə edir.

Rusiya Ukraynada “xüsusi əməliyyat” adlandırdığı əməliyyata başlamazdan əvvəl Lidiya beynəlxalq İT şirkətində işləyirdi. Şirkət indi bütün işçilərini Rusiyadan çıxarır.

Şirkətin Rusiya və Ukraynada 100 işçisi var.

“Bəzi həmkarlarım silaha sarılaraq ölkələrinin müstəqilliyi uğrunda döyüşə getmişdilər” deyə Lidya xatırlayır: "Özümü toparlayıb onlara nə qədər peşman olduğumu yazana qədər bir neçə gün çəkdim."

“Mən və dostlarım utanmadan rus olduğumuzu deməyimizə illər keçəcək”.

Rusiyanın Ukraynaya daxil olmasından bəri minlərlə rus öz ölkəsini tərk edib. Bəziləri iqtisadiyyatın pisləşməsindən, digərləri hərbi vəziyyətin və ya Rusiyanın dəyişdiyindən narahatdır.
Rusiyada ticarət mərkəzlərində rəflər hələ də doludur, lakin bəzi tanınmış brendlərin mağazaları bağlanıb. Manikenlər pəncərədədir, amma işıqlar sönüb.

Mən Marina ilə Sephora mağazasının qarşısında danışdım. O, anası üçün ətir almaq istəyirdi.
“Müştərilər qiymətlərin qalxacağından və ya malların çatdırılmayacağından qorxaraq əvvəlkindən daha çox alış-veriş edirlər” o deyir.

“Qorxuram, amma düşünməməyə çalışıram”.

Digərləri əmanətlərinin nə olacağından qorxurlar. Rusiya fond bazarı yalnız qismən açıqdır və Rusiya valyutası rubl, dollar və avro qarşısında dəyərini itirir.

Kseniya adlı 20 yaşlı gənc qadın deyir: "Mənim investisiya hesabım var idi və hər şey burada idi. Hesaba giriş imkanım olanda heç nə qalmayacaq, çünki hamısı rublladır. Xaricə getmək istərdim, amma bu mənim üçün seçim deyil”.

Lidiya özünü şanslılar sırasında sayır. O, ölkəni tərk edə bilir, lakin hələ də nə edəcəyinə qərar verməyib. Getsə, burada həyatını, evini, ailəsini geridə qoymuş olacaq:

“Bir ay və ya bir il getməyə hazırlaşmalıyam, bilmirəm.

"Ancaq narahatam. Ətrafımda çoxlu sayda insan görürəm ki, rəsmi telekanallara baxıb bu müharibəyə dəstək verirlər. Sanki gözləri bağlanıb. Mən burada qalsam, müharibəni qəbul edən bir cəmiyyətdə yaşamalı olacağam". Mən də bunu istəmirəm”.