Ombudsman “Ana harayı” abidəsini ziyarət edib

18:00 26.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və kollektivi bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət ediblər.

Abidə önünə gül dəstəsi qoyulub, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Bütün şəhidlərimizi hörmətlə anır, müqəddəs ruhları qarşısında baş əyirik.