Ombudsman Məhərrəm İbrahimovun və Sirac Abışovun ailələrini ziyarət edib

20:37 05.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ombudsman Səbinə Əliyeva Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) əməkdaşı Məhərrəm İbrahimovun və Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışovun ailələrini ziyarət edib.

Bu barədə hafta.az-a Ombudsman Aparatından bildirilib.

S.Əliyeva həlak olanların ailələrinə başsağlığı verib və səbir diləyib.