“Respublikanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bir gün ərzində 650 min ağacın əkilməsi ilə bağlı təşəbbüsü xalqımız tərəfindən yüksək dəyərləndirilir”.
Bunu hafta.az-a açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib. Siyavuş Novruzovun sözlərinə görə, böyük mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə keçiriləcək ağacəkmə kampaniyasında bütün bölgələrdə partiya üzvləri fəal təmsil olunacaq: “Həmin ağacların əkilməsindən sonra onlara qulluğun göstərilməsi partiyanın diqqətində olacaq və bütün bu işlərdə YAP-ın gənc fəalları yaxından iştirak edəcək”.