Orban Avropa Parlamentinin buraxılmasını təklif edir

21:09 22.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Macarıstanın baş naziri Viktor Orban korrupsiya qalmaqalının alovlanması ilə əlaqədar Avropa Parlamentini ləğv etməyi təklif edib. Müvafiq müraciətlə o, Twitter hesabında çıxış edib.

Orban "Avropa Parlamentinin antikorrupsiya tədbirlərinin uğursuzluqla nəticələndiyini" bildirib.

"Əgər biz ictimai etimadı bərpa etmək istəyiriksə, Avropa Parlamentini ləğv etməyin vaxtı çatıb" deyə o yazıb.

Həll yolu kimi Orban daha sonra “milli deputatlardan ibarət yeni Avropa Parlamentinin” yaradılmasını təklif edib. O, əmindir ki, bu, “daha ​​çox nəzarət, hesabatlılıq və inamı təmin edir”.