“Ordumuz öz işini qüsursuz şəkildə həyata keçirir” - Nurəddin Mehdixanlı

17:42 22.10.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bu gün Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan torpaqlarımızın işğaldan azad olunması prosesində istər diplomatiya, istər hərb sahəsində öz missiyasını çox uğurla yerinə yetirir. Ona görə də hansısa ekspertlərin, xarici diplomatların, siyasətçilərin  nə deməsindən asılı olmayarq Ali Baş Komandan, Azərbaycan Ordusu işğal altında qalan torpaqlarının işğaldan azad olunması istiqamətində öz müqəddəs borcunu uğurla yerinə yetirir, öz sözünü deyir. İşğalçı Azərbaycan torpaqlarından son nəfərinə qədər çıxmalıdır”.

Bunu hafta.az-a xalq artisti Nurəddin Mehdixanlı müharibə gedən ərəfədə hansı çatışmazlıqların aradan qaldırılması və müharibəyə qarşı çağırışların nə qədər “humanist” hərəkət olması ilə bağlı sosial mediada aparılan müzakirələrlə bağlı açıqlamasında deyib.

N.Mehdixanmlı bildirib ki, Ali Baş Komandan Azərbaycanın ədalətli, haqlı müharibəsi haqqında özünün qəti fikirlərini deyib.

“Ali Baş Komandan açıq şəkildə bəyan edib ki, Azərbaycan torpaqları son qarışınadək işğaldan azad edilməyənə qədər heç bir danışıqlardan söz gedə bilməz. Bu gün sarılmaz Ordu-Xalq birliyimiz var. Bundan sonra kimin nə deməsinin heç bir əhəmiyyəti yoxdur”.

Son döyüşlərdə əsasən hərbi hissələrdə, əsgərlərin yanında olduğunu, oradakı vəziyyəti yaxından izlədiyini deyən N.Mehdixanlı bəyan edib ki, Orduda yüksək əhval ruhiyyə var və igid əsgərlərimiz vətən uğrunda rəşadətlə savaşır.

“Odumuz öz işini qüsursuz şəkildə həyata keçirir. Hər bir detal yüksək səviyyədə ölçülüb-biçilir. Bu gün ölkə ictimaiyyəti, xalqımız,  hər kəs öz işi ilə Orduya dəstək verir.  Azərbaycan mediası ordunun yanındadır və hadisələri çevik, obyektiv olaraq işıqlandırır.

Lakin narahat olduğum bir məsələni qeyd etmək istərdim. Xahiş edərdim ki, insanlarımız orduda hansısa əməliyyatları həyata keçirən əsgərlərimizin videogörüntülərini, şəkillərini paylaşmasınlar. Bu paylaşımlar həmin əsgərlərimiz üçün təhlükəlidir. Bilirik ki, bu paylaşımlar Azərbaycan əsgərinə sevgidən, sevinc hisslərindən yaranır. Amma xahiş edirəm ki, belə paylaşımlar etməyin. Bilin ki, Azərbaycan Ordusu uğurla irəliləyir, qələbə bizimlədir”.

Oxunma sayı 224
Mədəniyyət rubrikasından digər xəbərlər