Ordumuza növbəti böhtan: "Şuşa yaxınlığında 1 erməni öldü, 3-ü yaralandı..."

17:40 08.11.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistan və Qarabağdakı erməni mənbələri Azərbaycan ordusuna növbəti böhtan atıb.

Hafta.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərdə və sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatda guya Azərbaycan ordusunun Şuşa yaxınlıında 4 dinc erməniyə atəş açdığı bildirilib.

Məlumatda su kəmərini təmir edən erməni fəhlələrin atəşə tutulması, onların Xankəndindəki xəstəxanaya çatdırılması və birinin xəstəxanada öldüyü iddia edilir.

Çox güman ki, Azərbaycan Müdafiə Nazirliyi tezliklə məsələyə aydınlıq gətirəcək.

Azərbaycan xalqının Zəfər günü bayramında gücü heç nəyə çatmayan düşmənin böhtana əl atmaqdan başqa əlacı qalmayıb.