“Ordumuzun savaş bacarığını artıracağına əminəm” - Zakir Həsənov

21:38 01.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akara təşəkkür edib.

Hafta.az-ın xəbərinə görə, o, türkiyəli həmkarı ilə birgə mətbuat konfransında bildirib ki, Hulusi Akar bütün məsələlərdə onlara dəstək verir.

“Qısa zamanda Azərbaycan Ordusunun savaş bacarığını artıracağından və bütün uyğunlaşmaları həyata keçirərək Türkiyə Silahlı Qüvvələri ilə birlikdə fəaliyyətə hazır olacağından əminəm”, - nazir vurğulayıb.