Ordumuzun Tağaverd istiqamətində atəş açması yalandır - MN

09:44 19.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Müdafiə Nazirliyi (MN) erməni sosial şəbəkələrində yayılan xəbərə münasibət bildirib.

Hafta.az-ın xəbərinə görə, MN-nin məlumatında deyilir:

"Erməni sosial şəbəkələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində guya atəşin açılması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır".