“Orion” kosmik gəmisi dekabrın 11-də Yerə qayıdacaq 

09:55 03.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Artemis I” Ay missiyası çərçivəsində orbitə göndərilmiş “Orion” kosmik gəmisi dekabrın 11-də Yerə qayıdacaq.

Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) məlumat yayıb.

Məlumatda “Orion”un dekabrın 11-də San-Diyeqo yaxınlığında Sakit okeana enəcəyi bildirilir.

Noyabrın 16-da NASA “Artemis” proqramının birinci mərhələsi çərçivəsində “Orion” kosmik gəmisi ilə birlikdə “Space Launch System” ifrat ağır daşıyıcı raketi orbitə buraxıb. Proqramın ikinci mərhələsi (Artemis 2) göyərtəsində ekipajın olduğu “Orion” kosmik gəmisinin Ay üzərindən uçuşunu, üçüncü (Artemis 3) mərhələsi astronavtların Aya enişini və müntəzəm insan missiyalarını əhatə edəcək.