Yapon rejissor Takaşi Yamazakinin bu il kassa rekordları qıran və “Ən yaxşı vizual effektlər” nominasiyasında Oskar qazanan “Godzilla Minus One” filminin uğuru prodüserlərə də təsir etmiş kimi görünür.
Hafta.az-ın “Variety”a istinadən yazdığına görə, əfsanəvi yırtıcının yaradıcısı Yaponiyanın əyləncə şirkəti “Toho” dünən yeni layihənin işıqlandırıldığını açıqlayıb. “Godzilla Minus One”ın rejissoru, ssenari müəllifi və vizual effektlər üzrə rəhbəri Takaşi Yamazaki yenidən sükan arxasında olacaq.
“Godzilla Minus One”, 1954-cü ildə ilk filmdən bəri Toho Studio tərəfindən istehsal olunan nəhəng yırtıcı seriyasındakı 33-cü Yaponiya filmi idi.
Oskar mükafatlı istehsal, İkinci Dünya Müharibəsindən sonra bərpa olunmağa çalışan Yaponiyada atom bombasının təsiri altında inkişaf edən Qodzillanın ortaya çıxmasından sonra baş verənlərə diqqət yetirir.
15 milyon dollar büdcə ilə çəkilən film qlobal kassada 100 milyon dolları keçərək dünya üzrə ən çox gəlir əldə edən yapon “Godzilla” filmi olub.
Yeni filmin “Godzilla Minus One” ilə birbaşa əlaqəli olub-olmayacağı hələ dəqiq deyil. Bununla belə, 2023-cü il istehsalını açıq buraxmaq, davamı ehtimalını artırır.
Yanvarda mövzu ilə bağlı sualı cavablandıran rejissor Takaşi Yamazaki: "Xeyr, belə bir şey müzakirə olunmur. Amma növbəti Qodzilla filminin rejissorluğu üçün başqası seçilərsə, bir az üzülərəm" deyib.
Kino tənqidçiləri “Godzilla Minus One” filminin kritik və kommersiya uğurunu nəzərə alaraq, xüsusən Şimali Amerikada gec-tez davam filminin çıxacağı ilə razılaşırlar. Tənqidçilər “Toho”nun da keçmişdə oxşar qərarlar verdiyini xatırladırlar.
1954-cü ildə buraxılan ilk “Godzilla” sürpriz bir uğur qazandıqdan sonra onun davamı olan “Godzilla Raids Again” 6 ay sonra ekranlara çıxarıldı.