Ötən gün yol qəzalarında 3 nəfər öldü

11:21 17.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün Azərbaycanda baş verən yol qəzalarının sayı açıqlanıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən hafta.az-a bildirilib ki, dekabrın 16-də avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib.

 

Nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.