Ötən günün yol qəzaları

10:38 05.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

 Avqustun 4-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 59-nun, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 25-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyindən (DİN) hafta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 46, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

 

Narkotiklərlə əlaqəli 28 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Oxunma sayı 116