Ötən il 47 min şagird 10-11 -ci sinifdən təmayülləşməyə cəlb olunub - NAZİR  

11:29 17.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Biz ümumi təhsil sahsində təmayülləşmənin müsbət nəticələrini hiss etdik. Ötən il 47 min şagird 10-11 -ci sinifdən təmayülləşməyə cəlb olunub. 2019-2020 -ci tədris ilindən başlayraq yalnız akademik deyil, digər təmayülləşmə qruplarına daxil edilib".

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, bu şəbəkənin genişlənməsi ilə bağlı nazirlik hazırlıq işlərinə başlayıb. O bildirib ki, 33 mindən çox şagird ötənil fənn olimipiyadalarına qatılıb: " Ötən il şagirdlərimiz dünya fənn olimpiadalarında 1 qızıl, 17 gümüş və 22 bürünc medal əldə edib. Çalışırıq ki, göstəricilərimiz 100 faiz olsun". Ceyhun Bayramov deyib ki, bu il Azərbaycan təhsilində ilkə də imza atılıb: "STEM yanaşı tətbiq edildi. Ilk olaraq 42 məktəbdə 6000 min şagird bu layihələrə cəlb olunub. Özü də iki istiqmətdə. Növbəti mərhələdə daha 3 modl istiqamət üzrə 20 min şagird bu layihəyə cəlb ediləcək".