Dünya yenilənən yaşıl enerjiyə keçməkdə olduğu bir zamanda ABŞ Enerji İnformasiya İdarəsi ən çox neft hasil edən ölkələrin statistikasını hazırlayıb.
Hafta.az-ın yazdığına görə, Beynəlxalq Enerji Statistikalarına əsaslanan siyahıda ilk yeri ABŞ-ın özü tutur. Birləşmiş Ştatların günlük neft hasilatı 12,9 milyon bareldir. İkinci yerdə olan Rusiya Qərbin ağır sanksiyalarına baxmayaraq gündə 10,1 milyon barel neft çıxarır. Neft nəhəngi Səudiyyə Ərəbistanı Krallığı isə 9,7 milyon ton hasilatla siyahıda üçüncü pillədə qərarlaşıb.
Siyahıda dördüncü olan Kanada 4,6 milyon, beşinci yerdəki İraq 4,3 milyon, altıcı pillənin sahibi Çin 4,2 milyon, yeddinci yerdə qərarlaşan İran 3,6 milyon, səkkizinci olan Braziliya 3,4 milyon barrel neft hasil etməkdədir.
Qeyd edək ki, Yaxın Şərqin iki nəhəng neft dövlətləri olan Birləşmiş Ərəb Əmirlikləri siyahıda 3,4 milyon barellə doqquzuncu, Küveyt isə 2,7 milyon barellə onuncu pillədə qərarlaşıb.
Yeni siyahıya əsasən adları çəkilən ölkələrdən başqa, dünyanda çıxarılan gündəlik neft hasilatı 22,8 milyon bareldir.