Yazını böyüt
Yazını kiçilt
Valideylər bəzən övladlarına ya çizgi filmləri qəhrəmanlarının, ya da hansısa gülünc doğuran xarici adların qoyulmasını istəyirlər.
Hafta.az-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin təşkil etdiyi onlayn brifinqdə nazirliyin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova deyib.
Onun sözlərinə görə, rəhbəri olduğu xidmətin əməkdaşları tərəfindən valideynlərə həmin adların gələcəkdə uşaqların həmyaşıdları arasında gülüş mənbəyinə çevriləcəyiizah edilir.
Xidmət rəisi bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən də uşaqlara bu cür gülüş hədəfi ola biləcək adların qoyulmasına yol verilmir:
“Biz valideynlərə tövsiyə edirik ki, övladlarına gülünc adlar qoymaqdan imtina etsinlər”.