Oxçuçayla bağlı təkliflər hazırlanır

12:36 24.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Qarabağ ərazisində çaylar çirkləndirilir.

Onun sözlərinə görə, beynəlxalq laboratoriyaların da cəlb olunduğu monitorinqlər nəticəsində Oxçuçayda ağır metallar və digər çirkləndiricilərin miqdarının normadan dəfələrlə çox olduğu qeydə alınıb: “Məsələ ilə bağlı beynəlxalq təşkilatlara və bir sıra dövlətlərin müvafiq qurumlarına müraciət olunub. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət yaradılmış İşçi Qrupu tərəfindən monitorinq nəticələri təhlil edilərək Oxçuçayın su hövzəsinin ekoloji bərpası istiqamətində təkliflər hazırlanır. Əminik ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində ekoloji bərpa işlərinin həyata keçirilməsi son nəticədə bu ərazilərdə təbiətin dirçəldilməsinə gətirib çıxaracaq”.