Almaniya kansleri Olaf Şolz İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Almaniyaya ünvanladığı sözlərə reaksiya verib.
Şolz həftəlik videomüraciətində Məhsa Əmininin (22) sentyabrın 16-da İran polisi tərəfindən həbs edildikdən sonra vəfat etməsinin ardından başlayan etirazların artıq “sadəcə geyim tərzi məsələsi” olmadığını, azadlıq mübarizəsinə çevrildiyini bildirib.
Scholz bildirib ki, Avropa İttifaqı (Aİ) artıq İrana qarşı müxtəlif sanksiya paketlərini qəbul edib, lakin daha çox sanksiyalar tətbiq etməlidir.
Etirazlar zamanı 300-dən çox adamın öldürüldüyünü, 14 mindən çox adamın həbs edildiyini bildirən Şolz, "Şiddətə dərhal son qoyulmasını, siyasi məhbusların və həbsdə olan jurnalistlərin sərbəst buraxılmasını tələb edirik" deyib.