Özbəkistan bankları da Rusiyaya qarşı sanksiyalara qoşuldu

09:30 21.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyaya qarşı tətbiq edilən maliyyə sanksiyalarına Özbəkistan da daxil olub. Özbəkistan parlamenti bankların sanksiya siyahısına daxil edilmiş fiziki və hüquqi şəxslərə xidmət göstərməsini qadağan edən yeni reqlament qəbul edib.

Hafta.az-ın “Novye İzvestiya” portalına istinadən yazdığına görə, Rusiya paralel idxal vasitəsilə Mərkəzi Asiya ölkəsi vasitəsilə bir çox qərb məhsullarını tədarük edir. 2023-cü ildə Özbəkistanın ən çox məhsul ixrac etdiyi ölkə məhz Rusiya olub.

ABŞ Ticarət Nazirliyi 2022-ci ilin iyun ayında Özbəkistanın “Promcomplektlogistic” şirkətini sanksiyalar siyahısına daxil edib. Amerika rəsmiləri daha sonra Özbəkistana səfər etdilər və bundan sonra Özbəkistan bankları Rusiya vətəndaşlarına göstərdikləri xidmətləri məhdudlaşdırmağa başladılar.

Portala danışan iqtisadçı ekspert Aleksandr Safonov Özbəkistanda cəmi 5 bank olduğunu və onların Qərblə ziddiyyət təşkil etməsini istəmədiklərini bildirir.

Politoloq Andrey Suzdaltsev də Daşkənd administrasiyasının ABŞ-ın təzyiqinə boyun əydiyi qənaətindədir. Suzdaltsev Özbəkistanın qərarını Qazaxıstan, Türkiyə və Çin administrasiyalarının son qərarları ilə birlikdə dəyərləndirir.

Mütəxəssislər bu qənaətdədirlər ki, tam kəsilməsə belə, inkişaf nəticəsində paralel idxalın dəyəri artacaq.

Oxunma sayı 236