Özbəkistan üzərindən uçan rusların “cibi soyuldu”

09:10 08.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada bir çox insan Özbəkistan Hava Yolları ilə müxtəlif reyslərdə nağd pullarının oğurlanmasından şikayətlənib.

Hafta.az-ın “Business FM”ə istinadən yazdığına görə, beş nəfər ötən ay Cakartaya uçan Özbəkistan Hava Yollarına məxsus təyyarədə 2000-5000 dollar arasında pul oğurladığını bildirib. Qeyd olunub ki, Kuala-Lumpur və Banqkok reyslərində də oğurluq halları olub.

Rusiya Turizm Sənayesi Assosiasiyası son iki ildə bu aviaşirkətin reyslərində tez-tez oğurluq hallarının baş verdiyinə diqqət çəkib. Açıqlamada bu vəziyyətə görə aviaşirkətin personalının məsuliyyət daşımadığı bildirilib.

Aviaşirkətin təhlükəsizlik xidməti bildirib ki, istintaq oğurluqların Çinin Henan bölgəsindən gələn sərnişinlər tərəfindən törədildiyi qənaətinə gəlib, lakin hələlik bununla bağlı qəti sübut yoxdur.