Özbəkistanda bir gündə koronavirusa 329 nəfər yoluxub

11:52 13.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son 24 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna 329 nəfər yoluxub, belə xəstələrin sayı 61 min 534 nəfərə çatıb.

Hafta.az Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, xəstəxanalarda 2 min 597 nəfər müalicə kursu keçir. Bildirilir ki, 318 xəstənin vəziyyəti ağır, 107-nin isə kritikdir.

Qeyd olunur ki, son sutkada 3 xəstə ölüb, həyatını itirənlərin sayı 510-a çatıb.

Vurğulanır ki, son gündə 353, ötən müddət ərzində isə 58 min 69 xəstə müalicə olunaraq sağalıb.