Özbəkistandan Azərbaycana qardaş dəstəyi: HÜCUMDA ƏLİ OLANLARIN CƏZALANDIRILMASINI TƏLƏB EDİRİK

13:30 06.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistanın Xarici İşlər Nazirliyi avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı törədilən qəddar hücumu qətiyyətlə pislədiyini bəyan edib.

Hafta.az-ın yazdığına görə, bu haqda Özbəkistan XİN-in rəsmi saytında xəbər yer alıb. Nazirliyin xəbərində deyilir: "Hesab edirik ki, diplomatik nümayəndəliklərin əməkdaşlarının həyat və sağlamlığına təhlükə yaradan istənilən davranış tamamilə yolverilməzdir. Biz hadisənin hərtərəfli araşdırılmasına və bu hadisədə əli olan hər kəsin məsuliyyətə cəlb olunmasına çağırırıq".

XİN-in açıqlamasında qeyd olunur ki, Özbəkistan tərəfi xaricdəki vətəndaşlarının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsində qardaş Azərbaycana dəstəyini ifadə edir.

Oxunma sayı 602
Siyasət rubrikasından digər xəbərlər