Pakistan səfiri Azərbaycana başsağlığı verdi

13:29 22.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Gədəbəydə qar uçqunu nəticəsində iki əsgərin həlak olması ilə bağlı başsağlığı verib.

Hafta.az xəbər verir ki, bu barədə səfir X sosial hesabında yazıb:

"Martın 19-da Gədəbəydə qar uçqunu nəticəsində iki əsgərin faciəvi şəkildə həlak olması ilə bağlı qardaş Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Dualarımız onların ailələri ilədir".