Pakistan və Əfqanıstan Türkiyədə görüşəcək

10:58 19.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pakistan və Əfqanıstan nümayəndə heyətləri gələn həftə sonu Türkiyədə danışıqları davam etdirəcək.

Hafta.az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif deyib.

“Oktyabrın 25-də İstanbulda nümayəndə heyətləri yenidən görüşəcək və biz bütün detalları müzakirə edəcəyik”, - Asif bildirib.