Pakistanda 4 terrorçu zərərsizləşdirilib

10:38 26.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pakistanın təhlükəsizlik qüvvələri Şimali Vəziristan dairəsində 4 terrorçunu zərərsizləşdirib.

Hafta.az-ın məlumatına görə, bu barədə "Geo.tv" televiziya kanalı ölkənin Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə qurumlararası xidmətinə istinadən bildirib.

Məlumata əsasən, silahlılar Pakistan xüsusi təyinatlılarının dairənin mərkəzi hissəsində yerləşən Dossali rayonunda keçirdiyi antiterror əməliyyatı zamanı məhv edilib.

Toqquşma yerindən silah və sursat götürülüb.

Oxunma sayı 194