Pakistan Xalq Partiyası (PPP) dünən Seçki Komissiyasının (ECP) ölkədə növbəti ümumi seçkilərin keçirilməsi ilə bağlı verdiyi açıqlamanı “konstitusiyaya zidd” adlandırıb.
Hafta.az-ın dunyanews.tv-yə istinadən yazdığına görə, ECP ümumi seçkilərin 2024-cü ilin yanvar ayının son həftəsində, ilkin delimitasiya dairələrinin siyahısının isə sentyabrın 27-də olacağını bildirib.
ECP-nin qərarını rədd edən tanınmış PPP lideri, partiyasının bu seçki tarixinin elanı ilə bağlı ehtiyatlarının olduğunu söyləyib.
"Bu narahatlıqlar PPP sədri Bilaval Bhutto Zərdariyə çatdırılıb" deyib Faysal Kərim Kundi. O qeyd edib ki, Bilaval Bhuttonun Pakistana qayıtması ilə bağlı gələcək fəaliyyət istiqaməti barədə qərar vermək üçün partiyanın Mərkəzi İcraiyyə Komitəsinin iclası çağırılacaq.
Maraqlıdır ki, PPP sədri və keçmiş xarici işlər naziri Bilaval Bhutto hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində 35 yaşını qeyd edir və orada 5 gün qalmaq niyyətindədir.
Bilaval dəfələrlə partiyasının ACP-dən konstitusiyaya uyğun olaraq seçki tarixini elan etməsi tələbini vurğulayıb.
Sentyabrın 11-də Bilaval vurğulayıb ki, PPP milli və əyalət məclislərinin buraxılmasından sonrakı 90 və ya ən geci 120 gün ərzində qarşıdan gələn seçkilərə tam hazır olacaq.
Kundi, ECP-nin elanını konstitusiyaya qarşı ultra vires adlandırıb və PPP üçün qəbuledilməz olduğunu bildirib. O vurğulayıb ki, Pakistan Seçki Komissiyası seçkiləri konstitusiyaya uyğun keçirməsə, məsuliyyəti tam mənasında daşıyacaq.
Kundi, partiyanın ECP-nin elanına qarşı qanuni addım atmaq və ya ictimaiyyətə müraciət etmək barədə müzakirə aparacağını bildirib.