Pakistanın Baş naziri Ermənistanın təxribatını qınayıb

10:25 16.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanla həmrəylik nümayiş etdirib və Ermənistanın təxribatını pisləyib.

Hafta.az xəbər verir ki,Şahbaz Şərif bu barədə “Twitter“ hesabında paylaşım edib.

“Hörmətli qardaş, İlham Əliyev, Ermənistanın səbəbsiz hücumu nəticəsində 70-dən çox Azərbaycan hərbçisinin həlak olması xəbərini eşidəndə çox kədərləndik. Pakistan xalqı öz qardaşları ilə həmrəydir və Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək hüququnu dəstəkləyir”.

Siyasət rubrikasından digər xəbərlər