“Palatka” toylarının keçirilməsinə icazə veriləcək? - AÇIQLAMA

17:47 22.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Sistemdə yalnız Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmiş ictimai iaşə obyektlərin icazə alması nəzərdə tutulub”.

Hafta.az xəbər verir ki, bu barədə oxu.az-a Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) Layihə idarəetmə ofisinin müdiri Aynur Qurbanlı məlumat verib.

Toy mərasimini hər hansı bir ictimai iaşə obyektində deyil, həyatyanı ərazidə etmək istəyən şəxslərin icazələri necə əldə edə biləcəyi ilə bağlı məsələyə aydınlıq gətirən EHİM rəsmisi bildirib ki, bununla əlaqədar suallar aidiyyəti qurumlar tərəfindən cavablandırılmalıdır:

“İcazə üçün sistemdən, yəni “icaze.e-gov.az” portalından Dövlət Vergi Xidmətində qeydiyyatı olan ictimai iaşə obyektləri istifadə edə biləcək. Sistemdə yalnız həmin müəssisələrin icazələrinin alınması və tədbirləri keçirilməsi nəzərdə tutulub. Digər formada həyata keçiriləcək tədbirlərlə bağlı sualları aidiyyəti qurumlar cavablaya bilərlər”.