NATO ölkələri Ankara sammitində müqavilələr imzalayacaqlar

09:38 07.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

NATO-ya üzv dövlətlər iyulun 7–8-də keçiriləcək Ankara sammitində on milyardlarla dollar dəyərində müdafiə müqavilələri imzalayacaqlar.

Hafta.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte “The Washington Post” qəzetində dərc olunan məqaləsində bildirib.

Qeyd edib ki, sammit zamanı Avropa və Şimali Amerikadan olan şirkətlərlə böyük həcmli yeni müqavilələr elan olunacaq. Onun sözlərinə görə, müttəfiqlər, həmçinin müasir və gələcək təhlükəsizlik tələblərinə cavab vermək üçün əsas texnologiyalara investisiyaları nümayiş etdirəcəklər.

NATO-nun Baş katibi bildirib ki, Ankara görüşündə Alyans ölkələri müdafiəyə yatırımları artırmaq, təhlükəsizlik siyasətini yenidən balanslaşdırmaq və sənaye bazalarını gücləndirmək istiqamətində atılan addımları diqqətə çatdıracaqlar.

Qeyd edək ki, NATO-nun zirvə görüşü iyulun 7–8-də Ankarada keçiriləcək.