Pambıqkənddə 6 otaqlı ev yanıb

14:56 22.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyanda yanğın hadisəsi qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Pambıqkənd kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 65 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.